Azərbaycanın sürüşmə sahələrində vəziyyət açıqlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın sürüşmə sahələrində vəziyyət açıqlandı

May ayı ərzində aparılan monitorinqlər zamanı ölkə ərazisində sürüşmə sahələrində aktivlik qeydə alınmayıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, ay ərzində aparılan monitorinqlər zamanı yalnız İsmayıllı rayonunda sürüşmə olub, digər ərazilərdə cüzi uçqunlar baş verib.

“İsmayıllı rayonu Xankəndi kəndində uzunluğu 2.5-2.7 km, eni 460 metr olan sürüşmə baş verib. Sürüşmə nəticəsində 2 ev tamamilə yararsız hala düşüb, 3 ev isə təhlükə vəziyyətindədir. Digər ərazilərdəki sürüşmə sahələrində kiçik uçqunlar, çökmələr qeydə alınıb. Bu uçqunlar böyük fəsadlara səbəb olmayıb. Astara-Lənkəran, Muğanlı yollarının kənarlarında sürüşmələr, çökmələr olub. Lakin bunlar təbii prosesdir. Bakıda və Abşeron yarımadasındakı sürüşmə sahələrində tam sakitlikdir”.

Ə.Piriyev əvvəlki illərlə müqayisədə bu il may ayında sürüşmə sahələrində vəziyyətin daha sakit olduğunu dedi:

“Bu il dolu düşən sahələrdə mütəxəssislərimiz iş aparır. Məlumatlar toplanılır, lakin digər ərazilərdə vəziyyət normaldır. Ötən il Muğanlı, Quba, Lerik yolunda uçqunlar olmuşdu. Bu il may ayı tam sakitlikdir. Bunun da əsas səbəbi yağıntının az olması, sürüşmə sahələrində daha az tikinti işlərinin aparılması ilə əlaqədardır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm