Binəqədidə iki yol bağlanır
Bizi izləyin

Qırmızı.az

Binəqədidə iki yol bağlanır

Bakıda daha iki küçədə hərəkət qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Publika.az-a verilən məlumata görə, “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün saat 22:00-dan səhər saatlarınadək Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm