360 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

360 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanıb

2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstələrin və cinayətkar qrupların, eləcə də ayrı-ayrı şəxslərin həmin qəbildən olan fəaliyyətinin qarşısının alınması üçün müvafıq əməliyyat tədbirləri davam etdirilib və onlardan ümumilikdə 358,4 kq ağır narkotik vasitə və psixotrop maddə (o cümlədən 21 kq 264,13 qr heroin; 271 kq 852,3 qr həşiş; 27 kq 643,363 qr tiryək; 37 kq 346,76 qr marixuana, 303,9 qr amfetamin və 50 qr metadon) götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Məlumata görə, bu faktlarla bağlı 35 cinayət işi başlanıb, ümumilikdə 63 Azərbaycan, 8 Rusiya, 3 İran və 1 Ukrayna vətəndaşı istintaqa cəlb olunub.

Rusiyalı tərəfdaşlarla birgə keçirilmiş əməliyyatlar nəticəsində 3-ü mütəşəkkil cinayətkar dəstə şəklində olmaqla, cəmi 5 fakt üzrə ayrı-ayrılıqda 8 nəfər Rusiya, 7 Azərbaycan və 1 Ukrayna vətəndaşı zərərsizləşdirilib, onlardan cəmi 252 kq narkotik vasitə götürülüb.

Hesabat dövründə nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar qrup ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yetişdirilməsi və toplanmasının Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilməsi və sonradan həmin narkotik vasitələrin İrana, oradan isə Azərbaycana gətirildiyi müəyyən edilib.

Həmçinin, narkotik vasitələrin Qarabağın işğal olunmuş ərazilərində erməni zabitləri və əsgərləri tərəfındən yetişdirildiyi, sifarişlər əsasında İrana və oradan başqa ölkələrə məhz erməni hərbçilərin göndərdiyi də istintaq prosesində sübuta yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm