Səhiyyə Nazirliyi: “Yanğında xəsarət alanlar nazirliyin nəzarətindədir”
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi: “Yanğında xəsarət alanlar nazirliyin nəzarətindədir”

Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişi olmaqla hər biri nazirliyin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar.

Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyatı təhlükəsi yoxdur.

Xatırladaq ki, mayın 19-da Binəqədi rayonunda hündürmərtəbəli binada yanğın baş verib. Nəticədə 15 nəfər ölüb, 54 nəfər xəsarət alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm