Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 29-da Siyəzən şəhərində, Siyəzən Rayon Mədəniyyət Sarayında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) 27 may 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm