Sabah bu rayonların qazı kəsiləcək - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonların qazı kəsiləcək - SİYAHI

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Publika.az SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy” və “Zaqatala”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xızı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Avrora” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm