Azərbaycanda istifadəsiz qalan torpaqlar müsadirə olunacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda istifadəsiz qalan torpaqlar müsadirə olunacaq

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə torpaq sahibi cəzalandırılacaq. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir.

Bunu "Report"a kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

"Bir ildən sonra istifadə edilməyən yararlı kənd təsərrüfatı torpaqlarına cərimələrin tətbiqi nəzərdə tutulur. Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Bu, Avropa ölkələrində olan bir qaydadır. Biz də hökumətə bununla bağlı təklif vermişik. Təkliflərimiz qəbul edilərsə, onun tətbiqi həyata keçiriləcək", - deyə H.Əsədov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm