• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Təxribatlara uyan adam deyiləm" - Abel Məhərrəmov

"Təxribatlara uyan adam deyiləm" -  Abel Məhərrəmov

Bakı Dövlət Unversitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov BDU-da baş verən tələbələrin aksiyası ilə bağlı haqqında yayılan məlumatlara münasibət bildirib.

Rektor-deputat A.Məhərrəmov Publika.Az-ın sualına cavabında deyib: "Belə təxribatlara uyan adam deyiləm. Hansı mətbu orqan nə yazır yazsın. Universitetimizdə təhsil prosesi davam edir. Yəni, tələbələr və müəllimlər öz işləri ilə məşğuldurlar. BDU-da baş verən hadisələr də epizodik bir hal idi. bu hadisələrin baş verməsi də müəyyən dairələrin maraq dairəsində idi. Hadisələrin analizi göstərir ki, universitetin cəmi yeddi tələbəsi baş verən hadisələrdə iştirak edib. Digərləri isə 20-30 nəfərlik bir dalğa idi. Orada olanlar isə ya tələbə deyildi, ya da universitetlə heç bir bağlılığı yox idi. Saxlanılan bi nəfərlə özüm şəxsən maraqlanmışam. Ondan soruşanda ki, nə tələb edirsən bizdən? O da dedi ki, haqqım pozulub. Harda oxuduğunu soruşanda isə məlum oldu ki, tələbə deyil, sadəcə iki il bundan qabaq İncəsənət Universitetinə sənəd verib qəbul olunmayıb. Polisin araşdırması zamanı məlum oldu ki, 20 nömrəli məktəbdə oxumadığına görə 9-cu sinifdən xaric edilib. Danışığında da hiss etdim ki, məntiqsiz danışır.

Müəyyən qrup sosial şəbəkədə bir-birləri ilə əlaqə saxlayaraq belə bir hadisəni törədiblər. Yəni müəyyən adamlar bundan istifadə edərək ortaya adamlar salmışdılar. Ancaq bu alınmadı .Təbii ki, çalışırdılar ki, sonradan bunu siyasi müstəviyə keçirsinlər. Biz bunu da başa düşürdük. Çünki həmin şəxslər izlənilirdi, sosial şəbəkələrdəki çağırışları izlənilirdi. Bu işi törədənlərin 95 faizi universitetlə heç bir əlaqəsi olmayan azsaylı qurp idi. Əsasən işləməyən, oxumayan adamlar idi. Belə adamlarda çağırışları ilə tələbələri cəlb etmək istəyidilər.

BDU hər zaman ideoloji mərkəz olub, siyasi fənlər üzrə tədris aparılır. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, unuiversitetin tələbələrini ələ alsınlar. BDU-da 20 min tələbə təhsil alır. 5 imtahandan hər semestr sessiya dövründə 100 min imtahan olur. bu sayda imtandan hasısa tələbənin narazı qalması təbiidir. 100 min adamın hərəkəti zamanı hər bir hadisə baş verə bilər. Ancaq univetrsitetdə bu işlər çox tənzimlənib. Yəni imtanlar öz qaydasında gedir.

Həmin hadisə zamaı iştirak edən tələbələrin çoxu 5 imtanın hər birindən "2" alanlar idi. Həmin tələbə də bilir ki, Nazirlər Kabinetinin qərarı əsasında tələb olunan kreditin pulun ödəsə, xeyli məbləğdə pul edir. Təbii ki, hadisə zamanı iştirak edənlər bu məbləğdən azad olunmaq istəyiblər.

Kreditin məbləğinə dair qərarı universitet qəbul etmir, bu, Nazirlər Kabinetinin qərarı əsasındadır. Ona görə də nə BDU, nə də Təhsil Nazirliyi bu məbləği dəyişə bilməz. Ancaq gələcəkdə bu məsələni parlamentdə qaldırmaq olar".

Rektor tələbələrlə görüşdə onunla mübahisə edən qız haqda da danışıb: "Həmin tələbə məhkəməyə verilmədi. Tələbə gəldi mənim qəbulumda oldu, məndən çox razı olduğunu bildirdi. Çünki mən onu dəfələrlə qəbul emişəm, onu universitetə bərpa etmişik, ona maliyyə yardımı etmişik. Yəni ona həmişə dəstək olmuşuq. O bu dəfə xahiş etdi ki, səhhəti ilə əlaqədar özündə olmur və istəyir akademik möhlət götürsün, çünki səhhəti yaxşı deyil. Hazırda akademik möhlət üçün ərizə verib. Bu məsələyə görə son günlər iki dəfə mənim qəbulumda olub. Yəni məhkəmə məsələsi artıq gündəmdə deyil".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR