ANS-in məşhur verilişi efirə qayıdır – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

ANS-in məşhur verilişi efirə qayıdır – ÖZƏL

“Bu ilin sentyabrından etibarən “Qulp” verilişi yenidən efirə qayıdacaq”.

Bunu Publika.az-a açıqlamasında sözügedən verilişin aparıcısı və telelayihənin müəllifi Mübariz Əsgərov bildirib.

Onun sözlərinə görə, hələlik sözügedən verilişin hansı telekanalda yayımlanacağı dəqiq bəlli deyil: “Yəqin ki, mən bu layihəni ilk olaraq ANS-ə təqdim edəcəm. Çünki “Qulp” verilişi məhz ANS-də böyüyüb boya-başa çatıb. Ona görə də bu layihəni birinci ANS-ə təqdim edəcəm. Əgər ANS bu verilişi istəməzsə, o zaman digər telekanallara müraciət edərəm”.

M.Əsgərov hazırda ANS rəhbərliyi ilə münasibətlərinin yaxşı olduğunu söyləyib: “Mənimlə ANS rəhbərliyi arasında hər hansı problem yoxdur. Əksinə, mən onlara minnətdaram. Çünki mən uzun müddət ANS-də çalışmışam. “Qulp” verilişinin məşhurlaşmasında da ANS-in böyük rolu olub. Ona görə də mənimlə ANS arasında heç bir problem yoxdur. İnanıram ki, bundan sonra da hər hansı problem olmayacaq”.

M.Əsgərov hazırda studiya verilişi ilə çalışdığını bildirib: “Məndə ayrıca studiyadır. Hazırda Xəzər TV-də yayımlanan “Rezonans” proqramı da mənim layihəmdir. Bu veriliş studiyada hazırlanır. Ancaq payızda yeni layihələrlə aparıcı kimi efirə qayıtmağı düşünürəm”.

Xatırladaq ki, tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi olan “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən sonra ANS TV-də efirə çıxıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm