• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda ömürlük həbs cəzası alanların sayı açıqlandı

Azərbaycanda ömürlük həbs cəzası alanların sayı açıqlandı

Ötən il Azərbaycanda Birinci instansiya məhkəmələrində 13342 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 7347 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib. O cümlədən, 3200 nəfər 2 ilə, 2428 nəfər 2 ildən 5 ilə qədər, 1389 nəfər 5 ildən 10 ilə qədər, 330 nəfər 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib.

131 nəfər ictimai işlər üzrə, 1972 nəfər islah işləri ilə cəzalandırılıb. İntizam xarakterli hərbi hissədə saxlanılanlar 175 nəfərdir.

2408 nəfər cərimələnib, 1293 nəfər isə şərti məhkum olunub. 3 nəfər isə müəyyən vəzifə tutuma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. 21 nəfər haqqında xroniki sərxoşların məcburi müayinəsi qərarı verilib.

Ötən il verilən məhkəmə qərarlarına əsasən, 13 nəfər ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, ümumilikdə 1998-2014-cü illər ərzində ömürlük azadlıqdan məhrum edilənlərin sayı 246 nəfərdir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR