ANS-in daha bir aparıcısı Mətanət Əliverdiyevanın hərəkətlərini qınadı
Bizi izləyin

Qırmızı.az

ANS-in daha bir aparıcısı Mətanət Əliverdiyevanın hərəkətlərini qınadı

Məşhur “Qulp” verilişinin aparıcısı və sözügedən telelayihənin müəllifi, ANS TV-nin sabiq əməkdaşı Mübariz Əsgərov ANS və ATV arasında sonuncunun aparıcısı Mətanət Əliverdiyeva mövzusunda başlanan qalmaqala münasibət bildirib.

Telejurnalist M.Əsgərov Publika.az-a açıqlamasında deyib ki, telekanallar arasında rəqabət sağlam formada olmalıdır:

“Doğrusu, mən Mətanət Əliverdiyevanın apardığı o verilişə baxmamışam, ancaq bu barədə eşitmişəm. Ancaq onu deyim ki, Mətanət Əliverdiyeva yanan bina ilə bağlı danışanda diqqətsizlik edib. Mən Mətanət Əliverdiyevanın bu hərəkətinə haqq qazandırmıram. Bu, hamımızın faciəsi idi. Bu hadisə ilə bağlı diqqətsizlik etmək, hər halda, yaxşı hal deyil. Mətanət diqqətsizlik edib, gərək bu olmayaydı. Yəqin ki, Mətanət Əliverdiyeva özü də bu hərəkətini başa düşüb yanlış addımından nəticə çıxaracaq”.

Xatırladaq ki, ATV-nin efirində yayımlanan "Gündəlik" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi" ifadəsini işlətməsi ANS şirkətini ciddi narahat edib. Onu da bildirək ki, Mətanət Əliverdiyeva uzun müddət ANS şirkətlər qrupuna aid radioda çalışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm