918 uşaq övladlığa götürüldü
Bizi izləyin

Qırmızı.az

918 uşaq övladlığa götürüldü

Ötən il Azərbaycanda 918 nəfər övladlığa götürülüb. Övladlığa götürülənlərin əksəriyyəti oğlanlar olub.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, övladlığa götürülənlərin 510-u oğlan, 408-i isə qız uşaqlarıdır.

Övladlığa götürülənlər arasında 1-5 yaş arası uşaqlar üstünlük təşkil edir. Belə ki, ötən il övladlığa götürülənlərin 205 nəfəri (104-ü qız) 1 yaşa qədər, 360-ı (163-ü qız) 1-5 yaş arası, 203-ü (72-si qız) 6-10 yaş arası, 150-si (69-u qız) 11-18 yaşa qədər olanlardır.

Ötən il 9 uşaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onların 2-si qızdır. Əcnəbilər tərəfindən övladlığa götürülənlərin 2-si 1 yaşa qədər,4-ü 1-5 yaş arası, 3-ü 11-18 yaşadək olanlardır.

Ötən il 69 uşağın (onların 28-i qız) övladlığa götürülməsi ilə bağlı qərar ləğv edilib. Yaş bölgüsünə gəldikdə, 1 yaşa qədər olan 1 uşaq, 1-5 yaş arası 11 uşaq, 6-10 yaş arasında 8 uşaq, 11-18 yaş arasında 49 uşaq barədə övladlığa verilməsi qərarı ləğv edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm