• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sürücülərin nəzərinə! Bu yollar bağlanır

Sürücülərin nəzərinə! Bu yollar bağlanır

Sabah Bakıda bir neçə yol nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib.

Məlumata görə, paytaxt ərazisində I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar sabah saat 10:30-dan etibarən tədbir tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin istiqaməti dəyişdiriləcək.

“Azneft” dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də “Cavanşir” körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə “Azadlıq” meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrində nəqliyyatın hərəkəti üçün bağlanacaq. V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiyi üçün paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri, eləcə də “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur.

Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə doğru gələnlərin hərəkəti Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Bakının bu istiqamətdəki qəsəbələrindən isə metronun “Koroğlu” stansiyasına doğru şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla və yaxud 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti ilə körpünün üzərindən keçməklə Ziya Bünyadov prospektinə doğru rahat hərəkət etməklə mümkün olacaq. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur.

Bölmə rəisi əlavə edib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək. Vaqif Əsədov sabah Dənizkənarı Milli Parkda keçiriləcək dövlət tədbirinə gələn qonaqlara şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR