Valideyn himayəsindən məhrum olan məktəblilərin yarışı keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Valideyn himayəsindən məhrum olan məktəblilərin yarışı keçirilib - FOTO

28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta internat və 8 nömrəli Sanatoriya tipli internat məktəblərin təşkilatçılığı ilə “Vətənimi tərənnüm edirəm” adlı tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə internat məktəblərinin uşaqları intellektual, idman, incəsənət və kulinariya sahəsində istedadlarını nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissi formalaşdırmaq, birliyi, dostluğu möhkəmləndirmək, onların istedadlarını üzə çıxarmaq və sağlam rəqabət aparmaq bacarığını inkişaf etdirmək, layiqli bir vətəndaş kimi yetişdirməkdən ibarətdir.

Nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində İnstitusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Məmmədova, 11 nömrəli internat məktəbin direktoru Gülnarə Abdullayeva və şagirdlər iştirak ediblər.

Tədbirdə 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş internat məktəbin “Xəzər” komandası, 8 nömrəli Sanatoriya tipli internat məktəbin “Qarabağ” komandası arasında şən startlar yarışı təşkil edilib. Vətən mövzusunda rəsmlər çəkilib, bilik yarışması, şeir, rəqs və kulinariya müsabiqələri keçirilib.

Müsabiqələrdə iştirak edən komandalara və uşaqlara kuboklar və diplomlar təqdim edilib.

8 nömrəli Sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva və 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva bildiriblər ki, valideyn himayəsindən məhrum olmuş, ailə qayğısı görməyən bu uşaqların dünyagörüşünün artırılması, müvafiq bilik və bacarıqlara yiyələnməsi, bir-biri ilə düzgün münasibət qurması, ünsiyyət keyfiyyətlərinə yiyələnməsi, gələcəkdə öz yerlərini tutması və hər hansı peşəyə sahib olması istiqamətində görülən işlər davam etdiriləcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm