• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ermənilər Tahir Kərimli barəsində ölüm hökmü çıxarıblar - İDDİA

Ermənilər Tahir Kərimli barəsində ölüm hökmü çıxarıblar - İDDİA

Ermənistanın “Panduk” terror təşkilatı Vəhdət Partiyasının sədri Tahir Kərimli barəsində ölüm hökmü çıxarıb. Onu öldürəcək şəxsi külli miqdarda pul vəsaiti gözləyir.

Bu barədə məlumatı Publika.az-a Vəhdət Partiyası sədri verib: “Onlar mənim öldürülməyim barəsində qərar veriblər. “Panduk” terror təşkilatının barəmdə ölüm hökmü çıxarması barədə məlumatı Rusiyada olarkən əldə etdim. Həmin ölkənin Kislovodsk şəhərində olanda mənə bildirdilər ki, ermənilər səni axtarırlar. Qeyd edim ki, bu dönəmdə orda ətrafımda olanların da çoxu ermənilər idi. Bildirdilər ki, “Panduk” təşkilatı fotomu “Taxir Kerimli” adıyla axtarışa verərək, məni öldürəcək şəxsə mükafat vəd verib. Məqsədləri məndən qisas almaqdır. Həmin qərar qüvvədədir”.

Tahir Kərimli əlavə etdi ki, ermənilər öz məqsədlərinə nail olmaq üçün rusdilli saytlardan da istifadə edirlər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR