• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AMEA-da M.Ə.Rəsulzadənin 130 illik yubileyi keçirilib

AMEA-da M.Ə.Rəsulzadənin 130 illik yubileyi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbiri açan institututun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə seminarın prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləyib. “M.Ə.Rəsulzadə irsi və azərbaycançılıq ideologiyası” adlı məruzə ilə çıxış edən direktor ictimai-siyasi xadimin istiqlal və müstəqillik ideyasının inkişafında, milli dövlətçilik şüurunun formalaşmasında böyük xidmətləri olduğunu vurğulayıb. O, Rəsulzadə irsinin toplanması, tədqiqi və təbliği istiqamətində geniş elmi işlər aparıldığını nəzərə çatdırıb.
Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Müstəqil Ağayev “M.Ə.Rəsulzadə irsində elmi maarif və mədəniyyət məsələləri” adlı məruzəsində onu elm, maarif və mədəniyyətin əsas təbliğatçısı kimi qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Rəsulzadə məqalələrində azad mətbuat, tədrisin ana dilində aparılması, müəllim kadrlarının hazırlanması istiqamətində problemlərin işıqlandırılmasına daha çox yer ayırıb.

Politologiya və siyasi sosiologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov M.Ə.Rəsulzadənin ideya irsində istiqlal və istiqbal məsələlərinə toxunub və onu Şərqdə demokratik ideyaların carçısı hesab etdiyini söyləyib. Elmi seminarda institutun elmi işlər üzrə direktor müavini, h.ü.e.d Bəhram Zahidov, Politologiya və siyasi sosiologiya şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d Yadigar Türkel, Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin elmi işçisi, f.ü.f.d Fərhad Fəttahlı, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin elmi işçisi Yasəmən Mahmudova da Rəsulzadənin Azərbaycanın ədəbi-ictimai fikir tarixində oynadığı roldan və onun xidmətlərindən danışıblar.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR