Bu gün son zəngdir
Bizi izləyin

Qırmızı.az

Bu gün son zəngdir

Artıq bu gündən məktəblərdə tədris ili başa çatır. Sonuncu zəng çalınır. 5 günlük məktəblərdə sonuncu zəng mayın 29-da, 6 günlük məktəbdə isə ayın 30-də keçiriləcək. Təhsil Nazirliyindən bildirdilər ki, hər il olduğu kimi bu ildə son zəng ancaq məktəblərdə qeyd olunacaq.

Təhsil nazirinin müavini Ceyhun Bayramov tövsiyyə edir ki, bütün tədbirlər məktəb ərazisində keçirilsin.

Paytaxtın orta məktəblərində təşkil ediləcək “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi 29-u və 30-u may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək.

Yol polisinin şəxsi heyəti yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin də qarşısını almaq üçün xüsusi tədbirlər görəcək.

Həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib.

Ona görə də belə xoşagəlməz halların olmaması üçün yol polisi bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırır.

“Təsillə bağlı keçirilən tədbirlərin təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulub. Yol polisi bütövlükdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə ednlərə qarşı lazımi tədbirlər görüləcək. Eyni zamanda azyaşlıların avtomobil idarə etməsinə qarşı nəzarətin gücləndirməsi məqsədilə valideynlərə tövsiyyə edirik ki, ən azından diqqətli olsunlar. Şəxsi avtomobillərini şagirdlərin istifadəsinə verməsinlər” – deyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qeyd edib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən onu da bildirdilər ki, küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürüləcək və təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir.

Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm