“Orfoqrafiya lüğəti” yenidən işlənməlidir - Təklif
Bizi izləyin

Qırmızı.az

“Orfoqrafiya lüğəti” yenidən işlənməlidir - Təklif

“Orfoqrafiya lüğəti”nin təzədən, yeni prinsiplər nəzərə alınmaqla hazırlanmasına, müzakirəyə çıxarılmasına və nəşrinə çox həssas və məsuliyyətli münasibət tələb olunur.

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli məqaləsində bildirib.

Akademik qeyd edib ki, orfoqrafiya qaydaları kimi ümumxalq işi olan bir məsuliyyətli və şərəfli vəzifənin həyata keçirilməsində heç şübhəsiz dilçi alimlərin üstünlük təşkil etməsi ilə bərabər, həmin prosesdə humanitar və ictimai elmlərin digər sahələrini təmsil edən ziyalıların, mətbuat nümayəndələrinin də iştirakı bu işə yalnız fayda gətirə bilər.

“Orfoqrafiya qaydaları” Azərbaycan yazılı dilinin nizamnaməsidir. Yeniləşmiş orfoqrafiya nizamnaməsinin hazırlanmasına nail olmamaq tək-tək dilçilik hadisələrinə ayrı-ayrılıqda baxmağa istiqamətləndirə bilər.

Dilçi alimlərimizin böyük səyləri və zəhmətləri hesabına meydana çıxmış “Orfoqrafiya lüğəti” ölkəmizdə Azərbaycan dilinin nizamnaməsi səviyyəsində qəbul edilmişdir. Orfoqrafiya işi dilçilik mühitinin sədlərini aşaraq, geniş mənada humanitar və ictimai düşüncənin mövzusuna çevrilmiş, ümumxalq işi miqyasında qəbul edilmişdir.

Buna görə də, Azərbaycan dilində orfoqrafiya qaydalarında müəyyən tarixi dövrlərdə dəyişikliklərin aparılmasını ölkəmizdə yazılı ədəbi dilin inkişafı, daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlardan hesab etmək olar. Orfoqrafiyada başlıca və mühüm yenilik Azərbaycan dilinin daxili inkişaf qanunlarının lazımınca müəyyənləşdirilməməsi nəticəsində əlifbaya daxil edilmiş g, ə, ö hərflərinin sonralar əlifbamızdan çıxarılması ilə bağlı dəyişikliklərin edilməsi zamanı nəzərə çarpmışdır. Eləcə də bir vaxtlar -stan şəkilçisinin yazılışı, apostrofun əlifbadan çıxarılması ilə bağlı müəyyən sözlərin (feil, şeir) yazılışında da dəyişikliklər edilmişdir. Bu istiqamətdə orfoqrafiya qaydalarının əsasən sabitləşməsini tətbiqi dilçiliyimizin əsas uğurlarından hesab etmək olar. Lakin illər keçdikcə orfoqrafiya qaydalarında düzəlişlər etmək daim zamanın sifarişi kimi meydana çıxır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm