İnstitut işçiləri üçün attestasiya komissiyası yaradılıb
Bizi izləyin

Qırmızı.az

İnstitut işçiləri üçün attestasiya komissiyası yaradılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib.

Publika.Az-ın məlumatına görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub.



Şurada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli 25/4 saylı qərarına uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Elmi işçilərin attestasiyası aprelin 4-dən 25-dək olan müddət ərzində həyata keçiriləcək. Elmi əməkdaşların attestasiyası zamanı onların 2009-2013-cü illərdəki elmi fəaliyyətlərinin nəticələri əsas götürüləcək. Sonda İnstitutun direktoru attestasiya ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm