Rabitə Nazirliyindən mobil operatorlara xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Rabitə Nazirliyindən mobil operatorlara xəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlardan son istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edib.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, əks halda bu, mobil operatorların lisenziyasının etibarlılıq müddətinin uzadılmasına təsir edə bilər.

GWS şirkətinin mütəxəssisi Roman Kilişek Azərbaycanın mobil operatorlarının (Azercell, Bakcell və Azerfon) səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini orta qiymətləndirib.

Onun sözlərinə görə, apreldə GWS tərəfindən keçirilən operator şəbəkələrinin monitorinqi I Avropa Oyunları çərçivəsində yarışların keçiriləcəyi Bakı və Mingəçevir, həmçinin Gəncə şəhərlərini əhatə edib.

R.Klişik qeyd edib ki, monitorinqin ilkin mərhələsi 2014-cü ildə keçirilib və onun nəticələrinə görə ciddi xətalar aşkarlanıb. Bununla əlaqədar gələcəkdə müntəzəm xarakter daşıyacaq dərin təhlil aparılması qərarına gəlinib: “Sonuncu monitorinqin əsas məqsədi mobil operatorlarda səs və məlumat ötürülməsi xidmətlərinin keyfiyyətinin yoxlanılması olub. Operatorların müxtəlif kateqoriyalar üzrə xidmətlərinin keyfiyyətinin yoxlanılması bir-birindən fərqlənir. Ümumilikdə xidmətlərin keyfiyyəti qənaətbəxşdir, ancaq bu keyfiyyətlərin artırılması üçün bir sıra texniki məsələləri həll etmək lazımdır”.

Ə.Abbasov mobil operator şəbəkələrinin monitorinqinin səviyyəsini yüksək qiymətləndirib: “Müəyyən mənada demək olar ki, operatorların xidmət keyfiyyəti elə də pis deyil, lakin biz hesab edirik ki, şəbəkələrin yüklənməsi zamanı problemin yaranmaması üçün xidmət keyfiyyətini Bakıda olduğu kimi, Mingəçevirdə də ən azı iki dəfə artırmaq lazımdır”.

Onun sözlərinə görə, mobil rabitə nəinki ölkə vətəndaşları, həmçinin Azərbaycana gələn qonaqlar üçün də əhəmiyyət kəsb edir: “Buna görə də ölkədə həm səs, həm də məlumat ötürülməsi xidmətləri ən yüksək səviyyədə olmalıdır. İstifadəçilərin tələbatını ödəmək üçün kanalların ötürmə qabiliyyəti artırılacaq. Mobil şəbəkələrdə məlumatların ötürülməsi xidmətinin həyata keçirilməsi üçün ümumi trafik 50 qiqabitə çatır. Lakin lazım olduğu təqdirdə bu göstərici artırıla bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm