Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçidin tarixi açıqlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçidin tarixi açıqlandı

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.

Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.

Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm