• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

6 saata 500 sürücü cərimələndi - Bakı 2015 zolağında - VİDEO

6 saata 500 sürücü cərimələndi - Bakı 2015 zolağında - VİDEO

Bu gün səhər saat 08:00-dan başlayaraq paytaxtda qadağan olunmuş xətt üzrə hərəkət edən avtomobillərin qeydiyyatına başlanılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinn rəhbəri Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu saatlara qədər qayda pozan 500-dən çox sürücü barəsində protokol hazırlanıb.

Onun sözlərinə görə, qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir. Sənədləri aldıqdan sonra sürücülər geci 5 gün ərzində cərimələri ödəməlidirlər.

“Qoyulan qanunlara əməl olunmalıdır. Bu zarafat deyil. Bütün sürücülər həm öz mədəniyyətlərini, həm də paytaxta gələn turistlərə Azərbaycanda yol hərəkəti mədəniyyətini nümayiş etdirəcəklər. Buna görə də, sürücülər həm artıq xərcə düşməmək, həm də yüksək mədəniyyət nümayiş etdirmək üçün qanuna əməl etməlidirlər”.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR