• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Otellərimizdə ilk dəfə lavaş, fəsəli, motal pendiri veriləcək - Tahir Əmiraslanov

Otellərimizdə ilk dəfə lavaş, fəsəli, motal pendiri veriləcək  - Tahir Əmiraslanov

“Bu il ilk dəfə olaraq Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar Azərbaycanın bütün otellərində səhər yeməyinə əlavələr edliləcək. Bu aylarda ilk dəfə olaraq otellərimizdə lavaş, fəsəli, motal pendiri, motal şoru, xəşil və firni kimi milli yeməklər veriləcək”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov I Avropa Oyunlarına həsr edilmiş “Təhsil alan Gənc Qənnadıçıların Respublika Festivalı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bundan əlavə, ölkəmizə gələn turistləri qarşılamaq üçün Azərbaycanın qədim reseptləri ilə bişirilmiş yeməklər təklif edən restoran da fəaliyyət göstərəcək. Burada Şah Qacarın, Səfəvi sultanlarının və digərlərinin saraylarında dəftərlərə yazılmış reseptlər bərpa edilib:

“Doğrudur, bu yeməklərin çoxu köz üzərində, təxminən 500-600 dərəcə temeperaturda bişirilib. Amma biz onları müasir standartlara uyğunlaşdırmışıq. Bu da bizim ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına bir töhfəmizdir”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR