• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sabah bu küçə açılacaq - FOTO

Sabah bu küçə açılacaq  - FOTO

Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan eni 10 metr, uzunluğu 300 metr olan hissəsində min kvadrat metrlik hissədə əsaslı, 2 min kvadrat metrlik sahədə isə orta təmir işləri aparılıb. Bundan başqa küçə boyu 600 paqon-metr yeni səki daşı qoyulub.Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir.

Təmir-tikinti işləri aparılan ərazidə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yerində yeni yiol yatağı salınıb. Ümumilikdə 3 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənir. Artıq yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir. İşlərin bu gün yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən isə Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Artıq bir müddətdir küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR