Millət vəkili hərbi hissədə
Bizi izləyin

Qırmızı.az

Millət vəkili hərbi hissədə

28 May Respublika Günü münasibətilə Tovuzda ön cəbhədə əsgərlərlə və zabitlərlə böyük tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı, "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Nəcəfoğlu, Gəncliyə Yardım Fondunun nümayəndəsi Şamil Əliyev, Qarabağ müharibəsi veteranları, ziyalılar iştirak ediblər.

Əvvəlcə hərbi hissə rəhbərliyi tərəfindən Müdafiə nazirinin və korpus komandirinin hərbi heyətə və əsgərlərə təbrik məktubu oxunub. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.

“Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə 28 May Respublika Gününü keçirməkdən məmnun olduğunu deyən Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı İzmitdə, təmsil etdiyi qurumun təşəbbüsü ilə Kocaelidə(İzmit) bu ilin fevralında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldıldığını deyib.

Sonra millət vəkili Qənirə Paşayeva və qonaqlar hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər, hədiyyələrlə bərabər əsgər və zabitlərə millət vəkili özünün müəllifi olduğu kitabları da hədiyyə edib. Eyni zamanda hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Müdafiə nazirliyi adından fəxri fərmanlar da təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm