Bakıda “Gənc Qənnadçıların Respublika Festivalı” keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda “Gənc Qənnadçıların Respublika Festivalı” keçirilib - FOTOLAR

Gələn ay Şəki şəhərində keçiriləcək II Beynəlxalq Ənənəvi Şirniyyat festivalına hazırlıq ərəfəsində 28 may Respublika Günü ilə bağlı I Avropa Oyunlarına həsr edilmiş “Təhsil alan Gənc Qənadıçıların Respublika Festivalı” keçirilib.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Təhsil Nazirliyi və 12 saylı Bakı peşə liseyinin təşkilatçılığı ilə keçirilən festivalda 10-dək ali və peşə məktəbi iştirak edib.

Tədbirdə tələbələr tərəfindən bişirilən şirniyyat və tortlar nümayiş olunub. Festval I Avropa Oyunlarına həsr olunduğundan şirniyyatların əksəriyyətininü üzərinə ayrı-ayrı oyun növlərini əks etdirən təsvirlər vurulub.

Festivalda Şamil Nəcəfzadənin rejissorluğu, Tahir Əmiraslanovun elmi redaktorluğu ilə hazırlamış ssenari üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Azərbaycan mətbəxi. Dad sonrası dad” adlı film nümayiş olunub.

Festivalda Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov çıxış edərək bildirib ki, bu, il ilk dəfə olaraq Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar Azərbaycanın bütün otellərində səhər yeməyinə əlavələr edliləcək. Bu aylarda ilk dəfə olaraq otellərimizdə lavaş, fəsəli, motal pendiri, motal şoru, xaşıl və firni kimi milli yeməklər veriləcək.

O qeyd edib ki, bundan əlavə, ölkəmizə gələn turistləri qarşılamaq üçün Azərbaycanın qədim reseptləri ilə bişirilmiş yeməklər təklif edən restoran da fəaliyyət göstərəcək. Burada Şah Qacarın, Səfəvi sultanlarının və digər hökümdarların saraylarında dəftərlərə yazılmış reseptlər bərpa edilib:

“Doğrudur, bu yeməklərin çoxu köz üzərində, təxminən 500-600 dərəcə temeperaturda bişirilib. Amma biz onları müasir standartlara uyğunlaşdırmışıq. Bu da bizim ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına bir töhfəmizdir”.

Festivalda Bakıdakı “Ümid” və “Qızıldaş” uşaq evinin sakinləri də iştirak ediblər.

Sonda festival iştirakçıları, sponsorlar və təşkilatçılar AMKA-nın diplomları ilə təltif ediliblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm