Qırmızı.az
“Digər rektor-deputatlar da...” - RƏY
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru, deputat Şəmsəddin Hacıyev tutduğu vəzifəsindən azad
edilib. Mətbuatda yayılan məlumata görə, bu barədə Prezident İlham
Əliyev sərəncam imzalayıb. Yaxın saatlarda sərəncamın açıqlanacağı
gözlənilir.
Qeyd edək ki, rektor-deputatların ya işdən çıxarılması, ya da
deputat mandatlarının ləğvi məsələsini Milli Məclis qarşısında
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
qaldırmışdı.
İ. İsmayılov Publika.Az -a açıqlamasında Ş. Hacıyevin işdən
çıxarılmasını müsbət addım adlandırıb: “Mən konkret Şəmsəddin
Hacıyevi nəzərdə tutmamışam. Ümumi olaraq hamısını demişəm. Birinci
Şəmsəddin Hacıyev çıxarıldı, bundan sonra digərləri də
çıxarılmalıdır. Bu, müsbət haldır. Hesab edirəm ki, bunun davamı
olmalıdır. Digər rektor-deputatlar da ya işdən çıxarılmalı, ya da
deputata mandatları ləğv edilməlidir”.
İ. İsmayılov qeyd edib ki, o, bu məsələ ilə bağlı Mərkəzi Seçki
Komissiyasını məhkəməyə verib.
Asif
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR