Bakıda 33 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 33 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm