SPİD-in müalicəsində önəmli yenilik
Bizi izləyin

Qırmızı.az

SPİD-in müalicəsində önəmli yenilik

Alimlərin son araşdırmasına görə, qanda virus aşkarlanan kimi dərman istifadə etmək İİV-in müalicəsində çox mühüm irəliləyişə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutları tərəfindən araşdırma aparılıb.

Aparılan araşdırmada qeyd olunur ki, İİV müsbət olması ilə bağlı nəticə öyrənilən kimi QİÇS-lə mübarizədə istifadə edilən dərmanları vaxt itirmədən istifadə etmək lazımdır.

Araşdırma zamanı 35 ölkədən 4 mindən çox insan üzərində təcrübə aparılıb. 2011-ci ildən aparılan təcrübədə İİV daşıyıcılarının qanında ağ qan hüceyrələrinin səviyyəsi aşağı olanda da həmin dərmanların verilib. Nəticədə alimlər qanda virus aşkarlanan kimi dərman verilməsinin böyük bir faydası olacağı qənaətinə gəliblər.

Araşdırmanın nəticəsini dəyərləndirən BMT QİÇS-lə mübarizə proqramı təmsilçiləri İİV virusu aşkarlanan hər kəsə dərman verilməsi tövsiyəsini irəli sürüb.

Qeyd edək ki, dünyada 35 milyona yaxın İİV daşıyıcısı var və hər il 2 milyondan çox insana antiretrovirus terapiya tətbiq edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm