“Facebook”-da çoxdan gözlənilən yenilik
Bizi izləyin

Qırmızı.az

“Facebook”-da çoxdan gözlənilən yenilik

“Facebook” istifadəçiləri artıq hərəkətli şəkilləri (animasıya) paylaşa biləcək.

Publika.az-ın məlumatına görə, artıq istənilən hərəkətli şəkilin URL-ni səhifənizdə qeyd etməyiniz yetərlidir.

Uzun müddətdir sosial şəbəkə istifadəçilərinin tələblərinə baxmayaraq “Facebook” rəhbərliyi hərəkətli şəkillərin paylaşılmasına müsbət baxmırdı.

Sosial şəbəkə bu vaxta qədər hərəkətli şəkillər yerinə video materilların paylaşılmasına maraq göstərirdi. Buna görə də, 2013-cü ildə videoları avtomatik işə salmaq funksiyası yaradıldı. Ötən yay “Twitter” hərəkətli şəkillərin paylaşılması xidməti yaradandan sonra “Facebook”dan da oxşar addım gözlənilirdi. Çünki bu sosial şəbəkənin texniki imkanları bunu etməyə imkan verirdi. Ancaq “Facebook” idarəçiləri hərəkətli şəkillərin paylaşımlarına icazə verməklə səhifəni “keyfiyyətsiz animasiyalarla” doldurmaq istəmədiklərini deyirdilər.

Amma bu gündən etibarən istifadəçilər hərəkətli şəkilin URL-ni götürüb paylaşa bilərlər. Bu yenilik addım-addım bütün istifadəçilər üçün açılacaq. Bu xəbəri oxuyub kimsə paylaşım edə bilməsə, narahat olmasın. Bir müddət səbr etməlisiniz. Yaxın zamanda sizə də bu imkan yaradılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm