Qırmızı.az
İtaliyanın “Agoravox” portalı Bakının inkişafından yazır
İtaliyanın “Agoravox” portalında müasir Bakının inkişafından bəhs edən məqalə yerləşdirilib. Məqalədə vurğulanır ki, Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı, eyni zamanda, Qafqazın önəmli mərkəzlərindən hesab edilir. Son illər tikinti “bumu”nun yaşandığı Bakı meqapolisə çevrilib. Buradakı inkişaf Dubayın tərəqqisini xatırladır.
Yazıda oxucuların diqqətinə çatdırılır ki, Bakının yeni turizm mərkəzinə çevrilməsi üçün böyük potensial var. Azərbaycan hökuməti turizmin inkişafına böyük diqqət ayırır. Bu xüsusda Avropanın bir sıra şəhərlərinə Bakıdan birbaşa uçuşların sayının artırılması müsbət məqamdır.
Müəllif vurğulayır ki, son illər önəmli tədbirlərə ev sahibliyi edən Azərbaycanın tanınması istiqamətində həyata keçirilən layihələr sırasında “Sirli Azərbaycan” portalının yaradılması önəmli yer tutur. Portal vasitəsilə Azərbaycana maraq göstərənlər bu ölkənin turizm, mədəniyyət, incəsənət və digər sahələrdəki imkanları ilə yaxından tanış ola bilirlər.
Məqalədə bildirilir ki, Bakının bir tərəfində hündür və göz qamaşdıran göydələnlər, dünya brendi olan müasir mehmanxanalar yerləşdiyi halda, digər tərəfində isə İçərişəhər kimi tarixi məkan mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayırlar.
Müəllif, həmçinin Bakının qədim və müasir memarlıq abidələri, o cümlədən “Alov qüllələri” kompleksi, qədim Qız qalası, Müasir İncəsənət Muzeyi və şəhərin simasına gözəllik qatan digər məkanlar barədə də ətraflı məlumat verir.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO