"Oyunlar zolağı"na belə nəzarət olunur - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Oyunlar zolağı"na belə nəzarət olunur - VİDEO

Məlum olduğu kimi, mayın 29-dan etibarən Bakının bəzi küçə və prospektlərində Avropa Oyunları ilə bağlı çəkilmiş "Oyunlar zolağı"na daxil olan sürücülərə cərimə yazılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində quraşdırılan kameralar şəhərin müvafiq nöqtələrində hərəkətə nəzarət edir və qayda pozanları cərimələyir.

Zolağa daxil olan avtomobillərin nömrə nişanı qeydə alınır və sürücü barəsində elektron protokol tərtib olunaraq ünvana göndərilir. Zolağa daxil olmanın cəriməsi 40 manatdır.

Bəzi küçələrdə sürücülər məcbur qalıb həmin zolağa dazil olsalar da, bəzi yerlərdə qəsdən bu qaydanı pozanlara da rast gəlinir. Avtosfer.az-ın əməkdaşları mayın 30-da Bakıda müşahidələr apararaq vəziyyəti öyrəniblər. Məlum olub ki, bir gün əvvələ nisbətən həmin zolağa daxil olan sürücülərin sayında azalma var. Bundan əlavə, əvvəlki günlərdə bir sürücü həmin zolağa daxil olduqda başqaları da ona baxıb eyni hərəkəti təkrar edirdisə, artıq bu hallar azalıb. Lakin yennə də Ziya Bünyadov, Atatürk prospektləri və Azneft meydanından üzü Bayıl istiqamətinə və əks istiqamətdə sürücülər məcburən həmin zolağa daxil olurlar. Adları qeydə olunan yollarda həm yük maşınları, həm də yol kənarlarında park edilən maşınlar digərlərini məcbur edir ki, "Oyunlar zolağı"na daxil olub hərəkəti davam etdirsinlər. Əks halda, həmin ərazilərdə dəhşətli tıxac meydana gələ bilər.

Hər halda, çalışmaq lazımdır ki, mümkün qədər həmin zolağa daxil olmayın. Problemli nöqtələrdə isə çox güman ki, Dövlət Yol Polisi müvafiq addımlar ataraq sürücülərin rahatlığını təmin edəcək.

Avtosfer.az saytı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində "Oyunlar zolağı"na daxil olan sürücülərin necə aşkarlandığını və hansı qaydada cərimələndiyini əks etdirən videonu təqdim edir. Məqsəd odur ki, bəzi sürücülər kameraların işləmədiyini və ya onları görmədiyini dühünməsin. Kameralar işləyir və hər kəsi görür. Hətta, 300 metr məsafədə qayda pozan avtomobillər də kameraların hədəfindən yayına bilmir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm