Gələcəkdə buraxılış imtahanları qəbul imtahanlarını əvəzləyəcək
Bizi izləyin

Qırmızı.az

Gələcəkdə buraxılış imtahanları qəbul imtahanlarını əvəzləyəcək

Artıq addım-addım buraxılış imtahanları nəticələrinin ali məktəblərə qəbulda istifadə olunması prosesinə yaxınlaşırıq.

Publika.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ildən buraxılış imtahanlarının hüquqi çəkisi artıb. Artıq bu ilin məzunları buraxılış imtahanını verəndən sonra texnikumlara və V qrupa nəzərdə tutulmuş qabiliyyət imtahanlarında iştirak edə biləcək.

“Bu il I-IV ixtisas qrupları üzrə imtahan verən 17802 abituriyent həm də V ixtsas qrupuna sənəd verib. Bu ildən buraxılış imtahanı 3 fənn üzrə keçirilir. XI sinifdə ingilis dili üzrə 73068, alman dili 1107, fransız dili 2306, rus dili üzrə 1139 nəfər imtahan verəcək. Xarici dil tədris edilməyən məktəblərdən 991 nəfər kimya fənnindən imtahan verəcək. Xarici dil tədris edilməyən məktəblər barədə məlumatlar təhsil şöbələrindən bizə göndərilib və bu cədvəl Təhsil Nazirliyinə də məlumdur. Həmin məktəblərdə nə üçün ingilis dilinin tədris edilməməsi barədə şərh verə bilmərik”.

TQDK sədri imtahanlarda iştirak edən abituriyentlərin elektron xidmətlərdən istifadəsi məsələsinə də toxunub.

“On birinci sinif üzrə imtahan verən 88151 abituriyentdən 4 min şagird səhifəsinə daxil olub, məlumatı yoxlayıb. Doqquzuncu sinifdə də şagirdlərin öz məlumatlarını yoxlaması vacibdir. Lakin on birinci sinifdə xarici dil fərqi olduğuna görə, bu dəyişikliyi qeyd etməlidir. Bu da onu göstərir ki, bizim təqdim etdiyimiz imkanlardan elə də istifadə etmirlər. Lakin bununla yanaşı, ümumilikdə baxanda ölkə üzrə əhalinin istifadə etdiyi elektron xidmətlər arasında TQDK ilk yerdədir. Yalnız aprel ayında ölkə üzrə 1 milyon 500 mindən çox elektron xidmət istifadə edilib, bu xidmətlərin 1 milyon 16 minini TQDK həyata keçirilib. Bu da onu göstərir ki, insanlar TQDK-nın elektron xidmətindən bəhrələnirlər. Xüsusən abituriyentlər bu imkanlardan daha çox istifadə edir, buraxılış imtahanı verənlər isə bu məsələdə çox da aktiv deyil”.

O həmçinin əlavə edib ki, Ermənistanda abituriyentlərin sayı Azərbaycanla müqayisə edilməyəcək dərəcədə aşağıdır.

“Belə ki, bu il Ermənistanda 11 min abituiyent imtahan verəcək. Azərbaycanda isə yalnız buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 80 mindən çoxdur. Bu, bir daha iki ölkə arasındakı fərqi göstərir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm