Azərbaycanda televiziyanın idarəetməsi uşaqlara həvalə olundu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda televiziyanın idarəetməsi uşaqlara həvalə olundu – FOTOLAR

1 iyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə Xaçmazdan yayımlanan RTV-nin (Region TV) idarəçiliyi uşaqlara həvalə olunub.

Publika.az-ın məlumatına görə, televiziya ictimaiyyətin uşaqlara diqqətini artırmaq, onlara verilən dəyəri stimullaşdırmaq üçün həm idarəetmədə, həm də verilişlərin təqdimatında maraqlı dəyişikliklər edib.

Azərbaycan teleməkanında ilk dəfə atılan bu addım RTV-nin (Region TV) səhər proqramı olan “Gün başladı” verilişində start götürüb.

Verilişin təkcə aparıcıları deyil, müxbir və yaradıcı heyəti də uşaqlarla əvəzlənib. Azyaşlıların bayramında verilişin qonaqları olan uşaqlar elə özlərindən danışıb.

Kəpəz TV-nin (Region TV) “Tac-şou” proqramı da uşaqlara həsr olunub.

1 iyunda Azərbaycanın ilk bölgələrarası xəbər telekörpüsü olan Region TV-nin “Region Xəbər” informasiya proqramının aparıcı və müxbir heyəti də uşaqlardan təşkil olunacaq.

Bununla yanaşı RTV-nin Region TV-də yayımlanan idman proqramı olan “Region İdman” verilişinin yaradıcı heyəti və aparıcısı da uşaq olacaq.

1 iyun sürprizləri çərçivəsində Region TV-nin bir sıra verilişlərinin – “Ziq-zaq” və digər proqramların rubrikalarını uşaqlar idarə edəcək.

Həftənin ilk iş gününə təsadüf edən 1 iyunda RTV-nin (Regon TV) departament rəhbərləri də vəzifələrindən bir günlük “istefa” verərək idarəetməni uşaqlara həvalə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm