Yağış, dolu, külək - Sabahın hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Yağış, dolu, külək - Sabahın hava proqnozu

Azərbaycanda sabah yağış yağacaq, dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək. Temperatur gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm