Qafqaz Universitetində “Startup Turkey” iştirakçıları ilə görüş keçirilib
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində “Startup Turkey” iştirakçıları ilə görüş keçirilib

Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yaranıb, Paneldə müzakirələr aparılıb. Görüş maraqla qarşılanıb və iştirakçıların müxtəlif sualları ilə xeyli uzanıb.

Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edilib.Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış olublar.

Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm