Fond sədri Qaxda şikayətçilərlə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Fond sədri Qaxda şikayətçilərlə görüşəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri E.Mehdiyev Qax rayonunda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, DSMF-nin sədri E.Mehdiyev iyunun 2-də saat 11:00-da DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Qax rayon şöbəsində (02425) 5-44-33
Şəki şəhər şöbəsində (02424) 4-89-20
Oğuz rayon şöbəsində (02421) 5-34-73
Zaqatala rayon şöbəsində (02422) 5-68-88
Balakən rayon şöbəsində (02429) 5-11-10

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm