Ulyanovskda Heydər Əliyevin xatirə lövhəsi açıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Ulyanovskda Heydər Əliyevin xatirə lövhəsi açıldı - FOTO

Rusiya Federasiyasının Ulyanovsk şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan 78 saylı məktəbdə ulu öndərin xatirə lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilib.

Disaporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, tədbirdə Ulyanovsk şəhərinin rəhbərliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Ulyanovsk vilayətinin Milli siyasət departamentinin rəhbəri, Ulyanovsk Qubernatoru Sergey Mironov məktəbə Heydər Əliyevin adının verilməsini təqdirəlayiq hal adlandırıb və bu münasibətlə ÜAK-ın yerli nümayəndəliyinin üzvlərini və 78 saylı məktəbin kollektivini təbrik edib. Şəhər qubernatoru bildirib ki, Azərbaycan xalqının ümummulli lideri Heydər Əliyevin adının bu məktəbə verilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm