Millət vəkili Uşaq Günündə kitab bayramı keçirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Uşaq Günündə kitab bayramı keçirdi - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tovuzun Qovlar şəhərində uşaqlar üçün kitab bayramı keçirib.

Publika.az xəbər verir ki, 1 iyun Uşaq Günü ilə bağlı təbrik edib və uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Tovuz məktəblərinin kitabxanasına təkcə özünün müəllifi olduğu kitabları deyil, çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb.

Millət vəkili gənclər arasında kitaba,elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən və elm dalınca getmək niyyətində olan gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib:

"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik", - Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva məktəblilərə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı kitab və jurnalları da hədiyyə edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm