EİF və TÜBİTAK arasında saziş imzalanıb
Bizi izləyin

Qırmızı.az

EİF və TÜBİTAK arasında saziş imzalanıb

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub. Mərasimdə TÜBİTAK rəhbərliyi və rəsmiləri, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Vasif Əliyev də iştirak edib. EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycanda elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafına dövlət qayğısından söhbət açıb, Prezident İlham Əliyevin elmə göstərdiyi xüsusi qayğını konkret faktlarla qeyd edib. Azərbaycanı təcəssüm etdirən hədiyyələr TÜBİTAK-a təqdim olunub. Sazişə əsasən, tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm