• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bu da metronun yeni saytı

Bu da metronun yeni saytı

Bu gündən “Bakı Metropoliten”QSC-nin yenilənmiş saytı (metro.gov.az) fəaliyyətə başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, sayt bir həftə yoxlama rejimində işləyəcək. Növbəti həftədən isə tam fəaliyyətə başlayacaq.

N.Paşayev yeni saytın istifadəçilər üçün üstünlüklərindən danışıb:

“Sayt açılan kimi stansiyaların sxemi əks olunub. Bu sxemdən istifadəçilər stansiyalararası məsafəni öyrənmək mümkün olacaq. Saytda həmçinin stansiyaların tikilməsi, tarixi və memarı barədə məlumatlar da əks olunub. Saytın xəbərlər bölməsində “Bakı Metropoliten”ində görülən işlər barədə ətraflı məlumatlar əldə edə bilər. Turistlər bölməsində ölkəmizə gələn xaricilər Bakı və buradakı obyektlər haqqında məlumat öyrənə biləcəklər. Onlayn-müraciət bölməsində vətəndaşlar həm şikayət, təklifləri barədə müraciət edəcək, həm də artıq sayt vasitəsilə işə qəbul üçün elektron müraciət etmək mümkün olacaq. Həmçinin metrodan, gediş kartlarından istifadə qaydaları barədə də ətraflı məlumatlar saytın müvafiq bölmələrində əks olunub”.

N.Paşayev onu da vurğuladı ki, tədricən saytda müxtəlif yeniliklər olacaq:

“Maraqlı təkliflər olarsa, onları da dəyərləndirəcəyik”.

Qeyd edək ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Həmin gündən Bakı Metropoliteninin saytı da fəaliyyətini dayandırmışdı.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR