Lökbatanda kütləvi zəhərlənmə: Ölüm faktı qeydə alınmayıb - RƏSMİ - YENİLƏNİB (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Lökbatanda kütləvi zəhərlənmə: Ölüm faktı qeydə alınmayıb - RƏSMİ - YENİLƏNİB (VİDEO)

Bir neçə dəqiqə öncə "Facebook" sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.

Bir neçə dəqiqə öncə "Facebook" sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.

"Facebook" sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifısində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMAYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri"

Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq. /Musavat/

YENİLƏNİB

Ərazidə yaşayana sakinlərdən birinin Publika.az-a verdiyi məlumata görə, ərazidə təbii qaz gündüz saatlarından kəsilib. Mavi qazın verilişi bərpa ediləndən sonra isə əhali qazda kəskin iyi hiss edib:

"Hazırda həmin boğucu və ürəkbulandırıcı iyi evlərdə və açıq havada hiss olunur. Əraziyə çoxlu sayda təcili tibbi yardım və FHN-nin maşınları gəlib"

YENİLƏNİB

Bakı şəhər təcili və təxirəsalinmaz tibbi yardım stansiyasının baş həkimi Mürsəl Həmidov zəhərlənənlərin səhhətində ciddi problemlərin olmadığını qeyd etdi.

Baş həkim dedi ki, təbii qazdan zəhərlənmə zamanı ölüm faktı qeydə alınmayıb: "Əgər təbii qazdan hər hansı vətəndaş ölsəydi, onda kütləvi ölüm halları qeydə alınardı".

Baş həkimin sözlərinə görə, hadisə yerinə 20-ə yaxın təcili yardım maşını göndərilib. Ərazidə təcili yardım briqadaları tərəfindən sakinlərə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən isə bildiriblər ki, onların şöbəsinə 40-a yaxın xəstə daxil olub. Ölüm faktı qeydə alınmayıb.

Xəstəxanaya aparılanlara ilkin tibbi yardım göstərilib və onların əksəriyyəti evlərinə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm