• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

3 mindən çox tələbə məzun oldu

3 mindən çox tələbə məzun oldu

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun Günü” keçirilib.

ADİU-dan Publika.az-a verilən məlumata görə, tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, “Bank Standard”ın Müşahidə Şurasının sədri Kamal İbrahimov, universitetin professor- müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

ADİU-nun rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra ADİU-nun fəxri məzunları – Rüfət Aslanlı, Ceyhun Bayramov və Vüqar Gülməmmədov tələbəlik xatirələrini məzunlarla bölüşüblər. ADİU-nun əldə etdiyi nailiyyətlərdən danışıblar. Ölkənin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayan qonaqlar məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasimdə universitetin ən yüksək bal toplayan məzunu Zeynəb Dadaşovaya hədiyyə təqdim olunub. Universitet himninin sədaları altında bütün məzunlara rəmzi diplomlar təqdim edilib. “Məzun” video çarxının nümayişindən sonra universiteti bitirən tələbələr “Xatirə kitabı”na ürək sözlərini yazıb, onlar üçün ayrılmış xüsusi lövhəyə əl izlərini vurublar. Sonra məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.

2014-2015-ci tədris ilində ADİU-nu 3190 bakalavr və 621 magistr bitirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR