Temperatur yenidən qalxır - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Temperatur yenidən qalxır - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, iyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm