“20 Yanvar" metrosundakı köşklər bağlanır
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar" metrosundakı köşklər bağlanır

Metronun “20 Yanvar” stansiyasının çıxışında yerləşən ticarət köşkləri fəaliyyətini dayandırır.

Axar.az xəbər verir ki, hissə-hissə bağlanan köşklər “Bakı-2015” Avropa Oyunlarına qədər tamamilə fəaliyyətini dayandıracaq.

Məsələ ilə bağlı Axar.az-ın sualını cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən ərazinin Bakı Metropoliteninə aid olmadığını deyib:

“Bu barədə məlumatsızam. Çünki “20 Yanvar”da yerləşən ticarət köşklərinin metropolitenə heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, bir müddət öncə metropoliten ərazisində ticarət qadağan olunub. Lakin sözügedən ərazidən metro çıxışı kimi istifadə olunsa da, Yasamal rayon İcra Hakimiyyətinin balansında olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm