Millət vəkili Olimpiada qalibləri ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Olimpiada qalibləri ilə görüşdü - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda Respublika Fənn Olimpiadasının qalibləri ilə görüşüb.

Publika.az xəbər verir ki, millət vəkilinə məlumat verilib ki, respublika Fənn Olimpiadasının zona yarışlarında müxtəlif fənnlər üzrə rayonu təmsil edən 41 şagirddən 6 nəfəri 1-ci yeri tutaraq olimpiadanın yekun turunda (respublika mərhələsində) iştirak etmək hüququ qazanıb. Onlardan 2 nəfəri respublika mərhələsində 2-ci yeri, 2 nəfəri isə 3-cü yeri tutublar. Eyni zamanda zona turunda 6 nəfər 2-ci, 6 nəfər isə 3-cü yeri tutublar. Fənn Olimpiadasının nəticəsinə görə Tovuz rayonu olimpiada iştirakçısı olan 65 rayon arasında 10-cu yerə çıxıb. Ümumi göstəricilərinə görə rayonun 7 məktəbi son iki ildə respublikanın ən yaxşı məktəbləri sırasına daxil olub.

Millət vəkili beynəlxalq olimpiadalarda iştirak etmək haqqı qazanmış gənclər də daxil olmaqla bütün gəncləri uğurları münasibəti ilə təbrik edib və bildirib ki, bu cür olimpiadalar təhsilin inkişafına öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə təkan verir.

Respublka və beynəlxalq olimpiadalar müəllimlərin məsuliyyətini daha da artırmaqla yanaşı şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabəti də artırır. Olimpiada itirakçıları ilə söhbət zamanı millət vəkili birdirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir.

Qənirə Paşayeva orta məktəbdə yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb.

Görüşün sonunda Qənirə Paşayeva bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu imzalı kitabları və hədiyyələr təqdim edərək gənclərə uğurlar diləyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm