Bu günün hava haqqında məlumatı: Sinoptiklərdən xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Bu günün hava haqqında məlumatı: Sinoptiklərdən xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Temperatur gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Martın 6-dan 7-nə keçən gecədən başlayaraq 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi arabir saniyədə 18-23 metrədək güclənəcək. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 6-11° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 14-19° isti, bəzi yerlərdə 22°-dək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 6-8°, gündüz 13-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-15° isti olacaq.

Xəbərdarlıq

Martın 6-sı gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır. Şimal-qərb küləyi arabir 18-23 metr/saniyə, bəzi yerlərdə saniyədə 25 metrədək güclənəcəkdir. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm