Nazir aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Nazir aydınlıq gətirdi

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev son vaxtlar turizm və səhayət rəqabətliliyinin hesabatına görə, Azərbaycanən daha aşağı mövqedə olması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, nazir bildirib ki, bu hesabat bir neçə amili əhatə edir. Ona görə də, nəticəyə birmənalı yanaşılmamalıdır:

"Həmin hesabtda 150 ölkə yer alıb, ölkəmiz bu siyahıda 79-cu yerdədir. Bu reytinq həm ölkəyə gələn, həm də yaradılan şəraiti əhatə edir. İldən-ilə bu reytinq daha geniş ölkəni əhatə edir. Biz bu reytinqdə 8 mövqe üzrə irəliləmişik, 7 sahədə isə aşağı düşmüşük. Azərbaycanın gerilədiyi sahə ölkəyə gələnlərin az olması ilə əlaqədardır. Bunun da bir sıra səbəbləri var. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2014-cü ildə gələnlərin sayı azalsa da, turizm məqsədi ilə gələnlərin sayı artıb. Xüsusilə Azərbaycanda turizmin inkişafı ilə bağlı tendensiya var. Tiurizmin ölkənin ümumi daxili məhsilunda çəkisi artıb. 2013-cü ildə bu göstərici 3.6, 2014-cü ildə 4.1 % təşkil edib. Enerji, neft qaz emalı ilə məşöul olan ölkələrdə bu rəqəm 2 faizdən çox olmur. Azərbaycanda bu rəqəmin 4 faizdən çox olması, turizmin mövqeyinin güclənməsini göstərir. Bu siyahıda irəliləyişlər əsasən İKT-nin inkişaf, qiymət rəqbətliliyi, təhlükəsizlik kimi sahələrdədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm