Qənirə Paşayeva müəllimlərə söz verdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva müəllimlərə söz verdi

Millət vəkili Qənirə Paşayeva 1 İyun Uşaq Günü ilə bağlı Qovlar şəhərində M.Məmmədov adına orta məktəbini ziyarət edərək, yay tətilinə ayrılan müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Publika.az-ın məlumatına görə, deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Məktəbin direktoru Fatma Allahverdiyeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Q. Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. M.Məmmədov adına məktəbin hər zaman özünün müsbət göstəriciləri ilə fərqlənən və çoxlu sayda ziyalı yetişdirmiş məktəblərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayevaya müəllimlər Qovlar şəhəri M.Məmmədov adına orta məktəbin yeni məktəb binasına və ya əsaslı təmirə böyük ehtiyacı olduğunu, Q. Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Qovlar şəhərində M.Məmmədov adına orta məktəbi ilə bağlı hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi müraciət edəcəyini də vurğulayıb. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Deputat məktəbdə şagirdlərlə də görüşüb vəonlarla söhbət edib.Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretı, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir. Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar.

Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayərmalarının vacibliyi ilə bağlı müəlimlərimizin daiim gənclərlə söhbətlərinə böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva mən inanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq deyib. Görüşün sonunda Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm