Qırmızı.az
Rayon qeydiyyatında olan yüzlərlə avtomobil saxlanıldı
“Kütləvi informasiya vasitələrində qadağalar haqqında
dəfələrlə məlumat verməyimizə baxmayaraq, bəzi sürücülər
xəbərdarlığımıza məhəl qoymur. İki gündə rayonlardan, eyni zamanda
Sumqayıt və Abşerondan şəxsi nəqliyyat vasitəsilə paytaxta daxil
olmağa çalışan xeyli avtomobil saxlanılıb”.
Bunu Modern.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O, hazırda dayanacaqlarda nə qədər avtomobilin saxlanıldığını müəyyən etməyin çətin olduğunu bildirib:
“Düzdür, müraciətimizə diqqət edənlərlə yanaşı, buna fikir verməyib
rayon qeydiyyatında olan avtombillərlə şəhərə daxil olmaq
istəyənlər də çoxdur. Lakin onların hər biri yoxlanılır və yenidən
dayanacaqlara aparılır və həmin şəxslər yenidən ictimai
nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır”.
Kamran Əliyev bildirib ki, rayonlarda, eləcə də Sumqayıt və Abşeron
qeydiyyatında olan avtomobillərdən istifadə etməklə insanlar
başqalarının sərbəst hərəkətinə mane olur: “Bununla onlar
tıxacların yaranmasına səbəb olurlar”.
O, Bakı-Sumqayıt yolunda orta zolağın bağlanması məsələsinə də
münasibət bildirib. “Avtomobilləri saxlamaq üçün orta zolaq
bağlanıb. Lakin bunun ictimai nəqliyyat vasitələrinə aidiyyəti
yoxdur. Ona görə onlar digər zolaqlardan rahat istifadə edə
bilərlər”.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu